Mehriban Əliyeva qızıl medal qazanan paralimpiyaçı Orxan Aslanovu təbrik edib
07.09.2024 - 15:48

Birinci vitse-prezident Mehriban Əliyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Orxan Aslanovla bağlı paylaşım edib.
Apasport.az xəbər verir ki, paylaşımda deyilir:
“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”
0
0