Milli Paralimpiya Komitəsində yeni təyinat olub
05.06.2024 - 15:29

Milli Paralimpiya Komitəsində (MOK) yeni təyinat olub.
MOK-un mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Toğrul Rəhimov qurumun baş katibi vəzifəsini icra edəcək.
Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış T.Rəhimov 2000-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.
0
0