Millimiz dünya çempionatında növbəti qələbəsini qazanıb
05.10.2024 - 17:17

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığmasını 7:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İngiltərədən güclü olub - 4:0. Seçməmiz oktyabrın 7-də İspaniya (saat 20:00) ilə qarşılaşacaq.
0
0