
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışının finalında gümüş medalla kifayətlənib.
Apasport.az xəbər verir ki, komandamız Bolqarıstan yığmasına 40:45 hesabı ilə uduzub.
Xatırladaq ki, Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Polina Kaspiaroviçdən ibarət komandamız daha öncə finala gedən yolda Kanada (45:38), Fransa (45:44) və Macarıstan (45:37) yığmalarına qalib gəlib.
Daha öncə Dünya Kubokunda qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Zərifə Hüseynova və Səbinə Kərimova əsas mərhələnin ilk görüşündə uduzaraq mübarizəni dayandırıb.