Millimiz FİFA reytinqində 1 pillə gerilədi
09.06.2023 - 13:36

FİFA qadın milli komandaların reytinqini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması dünyada 79-cudur.
Komandamızın hesabında 1290,29 xal var. Sonuncu dəfə üç ay əvvəl açıqlanan siyahıda 78-ci olan millimiz 1 pillə geriləyib.
Qeyd edək ki, cədvələ 2090,03 xala malik ABŞ başçılıq edir. Almaniya (2061,56) ikinci, İsveç (2049,71) üçüncüdür.
0
0