Millimiz ilkin mərhələdə ikinci oyununa çıxır
26.01.2025 - 11:25

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinodan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, U-19 ötən gün Kosovonu 4:1 hesabı ilə üstələyib. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Bu raundun görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
0
0