Millimiz İspaniyaya məğlub oldu
07.10.2024 - 21:28

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində məğlub olub.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda meydan sahiblərinə 0:7 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.
0
0