Millimiz makedonlarla heç-heçə etdi
24.03.2023 - 20:41

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Dalğa Arena”da Şimali Makedoniya yığmasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə nəticələnib.
Bu komandalar arasında növbəti oyun martın 27-də keçiriləcək.
0
0