Millimiz Olimpiya Təsnifat turnirinin ilk oyununda qələbə qazanıb
12.04.2024 - 12:35

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çilini məğlub edib.
B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.
0
0