
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.
Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.
Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
U-20 millimizin heyəti: Oyunçular: Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad, Hacıyev Azay Baş məşqçi - Əliyev Səbuhi, məşqçi - Qəhrəmanov Dilqəm Menecer - Babayeva Səbinə Həkim - Nəcəfova Sevinc