Millimiz Rusiya ilə qarşılaşacaq
05.02.2024 - 13:29

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az AFFA-ya istinadla xəbər verir ki, yığmamız fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı olacaq.
U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq.
Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.
0
0