Millimiz yarımfinalda məğlub oldu
03.11.2023 - 22:42

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Qeyd edək ki, millimiz sabah üçüncü yer uğrunda oyuna çıxacaq. Rəqib Macarıstan yığması olacaq.
0
0