Millimizdən böyük qazanc: 20,4 xal
17.11.2023 - 13:08

Azərbaycan millisinin İsveçlə oyundakı qazancı bəlli olub.
Apasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsindəki matç yığmamızın FİFA reytinqinə böyük qazanc gətirib.
3:0 hesablı qələbə qazanan Canni de Byazinin yetirmələri aktivinə 20,4 xal yazdırıb. Son FİFA reytinqində hesabındakı 1155,91 xalla 120-ci olan komandamız bu rəqəmi 1176,31-ə çatdırıb.
Qeyd edək ki, yığmamız noyabrın 19-da Belçika ilə səfər görüşünə çıxacaq.
0
0