Millimizin AVRO-2025-dəki rəqibləri bəlli oldu - YENİLƏNİB
05.03.2024 - 16:33

Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri bəlli olub.
B liqasında yer alan Siyasət Əsgərovun çalışdırdığı yığmamız 1-ci qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri İsveçrə, Macarıstan və Türkiyə olacaq.
Qeyd edək ki, Liqa mərhələsinin görüşləri aprel-iyul aylarında keçiriləcək.
0
0