Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib
16.08.2024 - 12:43

Qadınlardan ibarət Azərbaycanın millisinin FIFA reytinqində mövqeyi dəyişməyib.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda hazırda 1311,98 xalla 75-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya ABŞ (2076,90) başçılıq edir. İngiltərə (2023,42) ikinci, İspaniya (2021.09) üçüncü sıradadır.
0
0