Millimizin məğlub etdiyi 33-cü rəqib
20.11.2022 - 19:22

Azərbaycan millisi Şimali Makedoniya üzərində tarixində ilk dəfə qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, Skopyedə keçirilən yoldaşlıq görüşündə yığmamız rəqibini 3:1 hesabı ilə üstələyib.
Bununla komandamız 33-cü fərqli komanda üzərində qələbə sevinci yaşayıb. Əsas milli üz-üzə gəldiyi 71 komandadan 33-nü məğlub etməyi bacarıb. Digər 38 rəqib komandamız üçün hələlik məğlubedilməzdir.
0
0