Millimizin rəqibləri açıqlanıb
05.12.2024 - 12:56

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının 2025/2026 mövsümünün seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.
0
0