Millimizin sabiq üzvü ciddi zədə alıb
03.04.2024 - 15:16

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov ciddi zədə alıb.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın “Dinamo” (Berlin) klubunun şərəfini qoruyan futbolçu 6 ay futbol oynaya bilməyəcək.
Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizi burxulub. İlkin diaqnoza görə, futbolçunun dizində çat əmələ gəlib. Lakin yekun rəy MRT-dən sonra veriləcək.
0
0