Millimizin üzvü 3 oyunluq cəza alıb
26.12.2024 - 14:22

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın futzalçısı Xəzər Ağalızadə üç oyunluq cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ağalızadə Yüksək Liqanın 7-ci turunda keçirilən “Yasamal Bakı” – “Araz-Naxçıvan” matçının 36-cı dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
“Yasamal Bakı”nın futzalçısı Anar İsayev də eyni səbəbdən 3 oyunluq diskvalifikasiya olunub.
0
0