Minifutbol üzrə Azərbaycan çempionu bəlli olub - YENİLƏNİB
14.05.2024 - 22:38

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, final qarşılaşmasında “Aznur” və “Birbaşa Bakı” komandaları üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında keçirilən görüş ikincilərin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Birbaşa Bakı” kollektivi ardıcıl ikinci dəfə qızıl medallara sahib çıxıb.
Final matçında öncə isə “Real Bakı” “Odlar Yurdu”nu 3:1 hesabı ilə məğlub edərək çempionatın bürünc medallarını qazanıb.
0
0