
“Kadinin gedişi “Qarabağ” üçün itkidir. Lakin onlar bütövlükdə komanda olaraq güclüdürlər. İndi isə vaxtilə “Monako”da oynayan Diakabi ilə müqavilə imzalayıblar. Gözləyək görək. Amma düşünürəm ki, “Qarabağ” Borjisin gedişinin öhdəsindən gələcək”.
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
O, Rusiya mətbuatına müsahibəsində “Qarabağ”ın Kadini “Krasnodar”a satmasından danışıb. “Krasnodar”ın sabiq çalışdırıcısı Kadinin yeni klubuna uyğun oyunçu olduğunu vurğulayıb: “Fikrimcə, Kadi Borjis hazırda Azərbaycan Premyer Liqasının ən güclü oyunçusudur. O özünü son avrokubok oyunlarında yaxşı göstərdi. Təbii ki, adaptasiya, zədələr Borjisə mane ola biləcək amillərdir. Amma ümumilikdə onun oyun tərzi “Krasnodar”a uyğundur. Düşünürəm ki, o, öz güclü tərəflərini ortaya qoyacaq və Azərbaycandakı kimi Rusiyada da parlaq çıxış edə biləcək”.
Qeyd edək ki, "Krasnodar" Kadi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalayıb.
- “Neftçi”nin pley-offdakı mümkün rəqibi müəyyənləşdi
- "Real Madrid" La Liqada məğlubiyyətsizlik seriyasını 30-a çatdırıb
- Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb
- Yeqor Titov İtaliyaya güvənir: “Təvazökar qələbə gözləyirəm”
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”