Murad Musayev yenə QIRMIZI ALDI
08.04.2023 - 19:39

“Sabah”ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alıb.
Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis Misli Premyer Liqasının XXIX turunda cəzalanıb.
O, “Səbail”lə qarşılaşma (1:2) bitdikdən sonra ikinci sarı vərəqə alıb. Hakimə sərt etiraz bildirən Musayev qarşılaşma bitəndən sonra referinin xəbərdarlığı ilə üzləşib.
Qeyd edək ki, bu, Musayevin Premyer Liqada mövsümdə 3-cü qırmızı vərəqəsidir.
0
0