Mutu “Neftçi”ni ilk məşqə çıxarır
14.07.2023 - 15:33

Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən “Neftçi” bu gün növbəti məşqinə çıxacaq.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Sankt-Peterburq şəhərində təlim-məşq toplanışı çərçivəsindəki bugünkü məşq ilklə əlamətdar olacaq. “Ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqinə çıxacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Smena” stadionunda keçiriləcək məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
- Daha 2 güləşçimiz Avropa çempionatının finalında - YENİLƏNİB
- “Qarabağ”ın HİK-lə hər iki matçının hakimləri müəyyənləşdi
- Polşa millisinin baş məşqçisi: “Argentinadan qol buraxmağa hazır olmalısan”
- Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB
- Vilfrid Zaha Fransa klubunda - Rəsmi
0
0