Mutudan Anım günü ilə bağlı paylaşım
27.09.2023 - 15:40

"Neftçi"nin baş məşqçisi Adrian Mutu 27 sentyabr - Anım günü ilə əlaqədar olaraq öz instaqram səhifəsində paylaşım edib.
Apasport.az saytı xəbər verir ki, rumıniyalı mütəxəssis sosial şəbəkə hesabında şəhidlərin ailələrinə başsağlığı verib:
"Azərbaycanın haqq savaşında canından keçən şəhidləri hörmətlə anır, onların ailələrinə dərin hüznlə başsağlığı verirəm".
0
0