
Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanovun keçmiş klubu “Alaniya” çempionluq kubokunu itirib.
Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Vladiqafqaz təmsilçisi 1995-ci ildə qazandığı kuboku tapa bilmir.
Sən demə, qazanılan mükafat artıq 3 ildir yoxdur. Sadəcə, onun keçmiş baş məşqçi Valeri Qazzayevdə olduğu güman edilirdi. Ancaq təcrübəli mütəxəssis kubokun yerini bilmədiyini açıqlayıb.
Qeyd edək ki, “Alaniya” 1995-ci ildə ikinci yeri tutan “Lokomotiv”i 6 xal qabaqlayaraq çempion olub. Həmin çempionluqda komandanın aparıcı hücumçusu olmuş Nazim Süleymanovun da əməyi olub.