“Neftçi” – “Beşiktaş” oyununun hakimləri açıqlandı
04.08.2023 - 14:13

“Neftçi” – “Beşiktaş” oyununun hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçını isveçrəli hakimlər idarə edəcək.
Avqustun 10-da Bakıda baş tutacaq qarşılaşmada Lukas Fahndrix fit çalacaq. Ona Yonas Erni və Guillom Mayre kömək edəcək. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, matç “Bakcell Arena”da keçiriləcək.
0
0