“Neftçi” Çeliklə vidalaşdı
23.06.2023 - 20:46

“Neftçi” Mert Çeliklə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, futbolçunun icarə müqaviləsi başa çatıb.
23 yaşlı futbolçu 2020-ci ildən paytaxt klubunda çıxış edirdi. “Neftçi” xidmətlərinə görə türkiyəli müdafiəçiyə təşəkkür edib.
Qeyd edək ki, 3 illik karyerası ərzində Mert 52 oyunda 2 qol vurub.
0
0