
“Neftçi” kapitan Emin Mahmudovla yeni müqavilə bağlayıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, 31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşma imzalanıb.
2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı. Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib, 50 qol vuran Mahmudov 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.
Qeyd edək ki, bundan əvvəl qapıçı İvan Brkiçlə müqavilənin müddətini uzadan “Neftçi” milli komandamızın üzvləri – yetirməsi olan qolkiper Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.