"Neftçi" Serbiya nəhəngi ilə oynayacaq
13.12.2022 - 21:01

“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışı keçəcək.
Komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Myeç” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
0
0