"Neftçi" Türkiyə komandası ilə qarşılaşacaq
03.01.2024 - 14:15

"Neftçi" qarşıdakı qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində keçirəcək.
Apasport.az xəbər verir ki, komanda yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq.
Miodraq Bojoviçin futbolçuları ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi “Erzurumspor” komandasına qarşı keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə isə rəqibin kimliyi hələlik məlum deyil.
0
0