“Neftçi” Türkiyəyə yollandı
04.01.2023 - 13:40

“Neftçi” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək.
Bakı klubu qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk yarısından sonra “ağ-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
0
0