"Neftçi" - "Zenit" matçının vaxtı dəqiqləşdi
18.10.2023 - 16:07

Neftçi" və "Zenit" arasında daha bir yoldaşlıq görüşünün keçiriləcəyi dəqiqləşib.
Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komandaların Bakıdakı matçının vaxtı bəlli olub.
Belə ki, “Neftçi” – “Zenit" görüşü noyabrın 18-də keçiriləcək. Oyunun hansı stadionda keçiriləcəyi isə hələ ki, bəlli deyil.
Xatırladaq ki, bu komandalar bu ilin iyulunda Sankt-Peterburqda beynəlxalq turnirdə qarşılaşmış və meydan sahibləri 3:1 hesabıyla qalib gəlmişdi.
0
0