"Neftçi"də növbəti ayrılıq
29.05.2024 - 18:51

“Neftçi” müdafiəçi Ömər Buludovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Buludov “Neftçi”nin heyətində 7 mövsüm çıxış edib. O, bu müddət ərzində 142 oyun keçirib, 5 qola imza atıb.
Qeyd edək ki, Ömər karyerasında yalnız “ağ-qara” formanı geyinib.
0
0