
"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub.
Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb, həmin vaxt baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.
Qeyd edək ki, o, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.