"Neftçi"dən 200-cü qələbə
23.01.2024 - 15:23

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.
Apasport.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XIX turuna təsadüf edib.
“Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.
“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.
Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.
- “Bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik" - İsmail Kartal
- Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
- "Azərreyl" heyətini Kolumbiya millisinin üzvü ilə gücləndirib
- Birinci Liqa: "Qəbələ" qalib gəldi, "Karvan" bərabərə qaldı
- İngiltərə futbolunun rekord transferi
0
0