"Neftçi"dən Aleksey Kaşuk açıqlaması
12.01.2024 - 13:50

Xarici mətbuatda “Neftçi”nin ukraynalı futbolçu Aleksey Kaşukun xidmətində maraqlı olduğu və oyunçuya rəsmi təklif göndərdiyi barədə xəbərlər dərc edilib.
"Neftçi"nin mətbuat xidmətindən apasport.az-a daxil olan məlumata görə, yazılanlar həqiqəti əks etdirmir:
“Neftçi” adından bildiririk ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir. Media nümayəndələrindən bu kimi xəbərləri dərc etməmişdən əvvəl klubun mətbuat xidməti ilə əlaqə saxlayıb rəsmi mövqe əldə etmələrini bir daha xahiş edirik".
0
0