"Neftçi"nin daha bir futbolçusu gedir
14.02.2023 - 23:51

"Neftçi"nin daha bir futbolçusu klubdan ayrılır.
Apasport.az xəbər verir ki, söhbət braziliyalı hücumçi Qilyermi Patudan gedir.
21 yaşlı hücumçuya vətənində maraq var. Onunla Braziliyanın C Seriyasında çıxış edən "Fiqeyrensi" klubu maraqlanır. Tərəflər arasında danışıqlar artıq sona çatmaq üzrədir.
Qeyd edək ki, Qilyermi Patu "Neftçi"yə ötən ilin yanvarın 21-də qoşulub. "Neftçi" ilə 2,5 illik müqavilə bağlamış futbolçuya görə Braziliyanın "İnternasyonal" klubuna 90 min avro pul ödənilib. Lakin Patu ümidləri doğrultmayıb və Azərbaycan Premyer Liqasında cəmi 2 qol vura bilib.
0
0