“Neftçi”nin futbolçusu: “Sevinirəm ki…”
24.11.2024 - 13:21

“Neftçi”nin futbolçusu Filip Ozobiç Premyer Liqanın XIV turunda “Zirə”ni məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.
Apasport.az “Neftçi TV”yə istinadən xəbər verir ki, yarımmüdafiəçi 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:
“Uzun müddət idi, zədədən əziyyət çəkirdim. Qayıtdım və qol vurdum. Sevinirəm ki, komandanın qələbəsində pay sahibi oldum”.
“Neftçi” Premyer Liqada 13 xalla 8-ci sıradadır.
0
0