"Neftçi"nin iki futbolçusu "Zirə" ilə matçı buraxacaq
20.04.2024 - 13:56

"Neftçi"nin iki futbolçusu bu gün "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI tur oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
0
0