
"Azərbaycanın ən yaxşı klubunda oynayıram".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Kilan Lebon bu gün keçirilən mətbuat konfransında deyib.
26 yaşlı fransalı ölkəmizi bəyəndiyini vurğulayıb: "Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm".
Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin qış mövsümündə Qazaxıstanın "Astana" klubundan "flaqman"a keçib.
- “Tottenhem”dən qələbə, “Yunayted” məğlub oldu
- Aleksandr Çertoqanov: “Onları Azərbaycan millisinə dəvət etmək mümkündür” - MÜSAHİBƏ
- Ayxan Abbasov: "Futbolun gələcəyini düşünən bizi dəstəkləyir"
- “Qarabağ” dünya reytinqindəki yeri açıqlandı
- Zaur Əzizov: "Emin qalmaq istəyir, Regekampfın gedişi müzakirə mövzusu deyil"