
“Araz-Naxçıvan” dövrələrarası fasilədə heyətini gücləndirməyə çalışır.
Apasport.az xəbər verir ki, komanda Ramin Nəsirli ilə anlaşıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay + 1 il” müddətinə anlaşma imzalanıb.
“Neftçi”nin yetirməsi olan R.Nəsirli bir müddət Latviyanın güclülər dəstəsində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.