Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı
14.03.2023 - 15:38

Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub.
O, bu nəticə ilə Dünya Kubokuna vəsiqə əldə edib.
Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.
0
0