Nkunku dörd ay meydanlardan kənar qalacaq
08.08.2023 - 17:15

“Çelsi”nin futbolçusu Kristofer Nkunkunun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Yoldaşlıq oyunlarından birində dizini zədələyən Nkunku meniskdən əməliyyat olunub. Fransalı məşqləri 4 aydan tez bərpa etməyəcək.
Qeyd edək ki, Nkunku bu yay “Leypsiq”dən 60 milyon avroya transfer olunub.
0
0