Olimpiya çempionu Bakıya gəldi
16.12.2022 - 15:26

Ümumdünya Şahmat Olimpiadasının qalibi Semuel Şenklend Bakıya gəlib.
Apasport.az saytının məlumatına görə, qrossmeyster dekabrın 17-24-də paytaxtımızda təşkil olunacaq “Vugar Gashimov Memorial-2022”də çıxış edəcək.
Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.
Qeyd edək ki, Şenklendin qalib olduğu Olimpiadaya 2016-cı ildə Bakı ev sahibliyi edib.
0
0