Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışı keçirlər
26.03.2024 - 14:49

Parataekvondo üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda növbəti təlim-məşq toplanışını Özbəkistanın paytaxtı Daşkənddə keçir.
Hazırlıq prosesi aprelin 9-dək davam edəcək.
Qeyd edək ki, yığma Daşkəndə 8 parataekvondoçu və 2 məşqçi ilə yollanıb.
0
0