Paraüzgüçümüz öz qrupunda 5-ci olub
29.08.2024 - 12:52

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.
Öz qrupunda 5-ci olan idmançımız ilk "8-liy"ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.
0
0