Paris-2024: Cahan Musayev 28-ci olub
29.08.2024 - 17:53

Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında parakamandan oxatmada təmsil edən Cahan Musayev mübarizəyə qoşulub.
Apasport.az xəbər verir ki, idmançımız təsnifat mərhələsində bacarığını göstərib.
C.Musayev yekun sıralamada 568 xalla 30 idmançı arasında 28-ci olub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
0
0