Paris-2024: Paraüzgüçümüz finala yüksələ bilmədi
02.09.2024 - 13:08

Azərbaycanın paraüzgüçüsü Raman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyib.
Apasport.az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb.
S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub.
Təmsilçimiz ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.
0
0