PFL rəsmisi “İnter” - “Leyptsiq” matçına təyinat alıb
15.11.2024 - 16:30

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya) oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.
0
0