Premyer Liqada 40-cı darmadağın
15.08.2022 - 10:47

“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı dəfə böyük hesabla uduzub.
Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Misli Premyer Liqasının II turunda “Neftçi”yə məğlub olub.
Səfərdəki 2:5 hesablı nəticəyə qədər qərblilər 39 dəfə üç və ya daha çox top fərqilə uduzmuşdu. 40 böyükhesablı məğlubiyyətdən 11-i ev, 29-u səfər görüşlərində qeydə alınıb.
0
0